Mugam AIHelpmugam.ai

Bələdçi · Başlanğıc

İlk mahnını 90 saniyədə yarat

Mugam AI ilə ilk dəfə işləyirsənsə, bütün proses üç addımdır: qeydiyyat, generasiya, paylaşım. Aşağıdakı qısa animasiya hamısını bir nəfəsdə göstərir.

ADDIM 01 · Qeydiyyat
Mugam AI
Yeni hesab yarat
Email
Şifrə
Qeydiyyatdan keç
+150 başlanğıc kredit bonusu
E-poçt və şifrə kifayət edir
Kart məlumatı istəmirik. Pulsuz hesabla 150 kredit verilir — təxminən bir-iki mahnılıq.
Generate
İlk mahnını yarat
Prompt
 
Segah
Çahargah
Rast
Generate (10 kredit)
60-90 saniyə
Lad, instrument və ritm seçimi tək promptda. AI qalan işi görür.
Segah Improv #1
2:48 · 30 May
Download
Share
Save
Bitirdin.
Yüklə, paylaş, kitabxanana saxla — hamısı bir kliklik.
0:00 / 0:08
Qeydiyyatdan paylaşıma — üç addımlıq icmal. Animasiya səsizdir; üzərinə klik edib pauz/play.
01

Hesabını yarat

mugam.ai/register ünvanına keç. E-poçt + şifrə kifayət edir — kart məlumatı istəmirik. Qeydiyyatdan dərhal sonra hesabına 150 başlanğıc kredit yatır (təxminən 1-2 tam mahnı).

02

İlk mahnını generasiya et

Dashboard'da Create səhifəsinə keç. Prompt qutusuna janr, əhval və instrument təsvirini yaz — məsələn "yavaş muğam, segah ladında, tar və kamança". Mod seçimini (Segah / Çahargah / Rast) qutuların altından et. Generasiya 60-90 saniyə çəkir; status barı "Ready" olana qədər kreditdən düşməz.

03

Yüklə, paylaş və ya saxla

Hazır mahnını üç düymə ilə idarə edirsən: Download (WAV/MP3), Share (ictimai keçid ilə) və Save (kitabxananda saxla). Şəxsi saxlamaq istəyirsənsə yaratma anında Private bayrağını işarələ.